Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı  və İrəvan İran ətrafında yaranmış vəziyyətlə bağlı mövqelərini müzakirə edib

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri telefon danışığında regiondakı son hadisələri və gərginliyin artmaması üçün addımların vacibliyini müzakirə ediblər...

Poliqon xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə arasında telefon danışığı baş tutub. Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər regionda, xüsusilə İran ətrafında baş verən son hadisələr barədə fikir mübadiləsi aparıblar.

Məlumata əsasən, telefon danışığı zamanı nazirlər Yaxın Şərqdə və regionda təhlükəsizlik vəziyyətinin dəyişməsi fonunda yaranan riskləri müzakirə ediblər. Hər iki tərəf regionda artan gərginlikdən narahat olduqlarını ifadə edib və vəziyyətin daha da kəskinləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb.

Ceyhun Bayramov erməni həmkarını 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədə məlumatlandırıb.

Tərəflər regional sabitliyin qorunmasının və qarşıdurmanın genişlənməsinin qarşısının alınmasının bütün ölkələr üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Diplomatik mənbələrə görə, söhbət zamanı regionda təhlükəsizlik və sabitliyin təmin olunması ilə bağlı müxtəlif məsələlərə də toxunulub.

Telefon danışığında Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli və dayanıqlı sülhün təmin edilməsinin əhəmiyyəti də xüsusi qeyd olunub. Nazirlər iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh prosesinin davam etdirilməsinin regionun ümumi sabitliyi üçün vacib olduğunu vurğulayıblar.

Ekspertlərin fikrincə, İran ətrafında baş verən son hadisələr və regionda artan geosiyasi gərginlik Cənubi Qafqaz ölkələrinin diplomatik əlaqələrini daha da fəallaşdırır. Bu kontekstdə Bakı və İrəvan arasında aparılan müzakirələr regionda mümkün risklərin qiymətləndirilməsi və sabitliyin qorunması baxımından əhəmiyyətli hesab olunur.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay